DataLife Engine / Yeni doğulmuş qızı dəmiryol vağzalına atdılar

Yeni doğulmuş qızı dəmiryol vağzalına atdılar

Çelyabinsk vilayətinin kəndlərindən birində dəmiryol vağzalının platformasında atılmış körpə qız tapılıb.


Lent.az Rusiya mediasına istinadla bildirir ki, körpə xəstəxanaya yerləşdirilib və həkimlər uşağa viruslu pnevmoniya diaqnozu qoyublar.


Yerli polisin məlumatına görə, qız təxminən 25 gün əvvəl doğulub. Onun valideynlərinin axtarışı davam etdirilir.


Xəstəxanadan çıxandan sonra körpə uşaq evinə göndəriləcək.

29-10-2023, 05:47
Вернуться назад