DataLife Engine / Əksər fransızlar müsəlmanların qəfil hücumundan qorxurlar - SORĞU

Əksər fransızlar müsəlmanların qəfil hücumundan qorxurlar - SORĞU

Fransızların çoxu Fələstinin HƏMAS hərəkatının bu il oktyabrın 7-də İsrailə qarşı törətdiyi qəfil hücumdan qorxur.


Bu barədə Fransa İctimai Rəy İnstitutunun (IFOP) sorğusuna istinadən məlumat yayılıb.


Bildirilib ki, fransızların 72%-i oktyabrın 7-də baş verən hücumun eynisinin bir gün Fransaya qarşı baş verəcəyindən qorxur.


Qeyd olunur ki, genişmiqyaslı hücum qorxusu fransızların əhəmiyyətli hissəsinin (37%) Fələstindən (20%) daha çox İsraili dəstəkləməsi ilə izah olunur.
Sorğu həmçinin göstərib ki, fransızların 80%-dən çoxu Fransanın Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin nəticələrini hiss edəcəyindən qorxur.(oxu.az)

29-10-2023, 16:28
Вернуться назад