DataLife Engine / Avropada şiddətli istilər səbəbindən bəzi iş yerləri qapadıldı

Avropada şiddətli istilər səbəbindən bəzi iş yerləri qapadıldı

Avropada, xüsusən Balkan yarımadasında yerləşən ölkələrdə anomal istilər hökm sürür.

İyun ayının olmasına baxmayaraq, artıq yarımadanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə qədər yüksəlib.

Şiddətli istilər səbəbindən İtaliyanın paytaxtı Romada infrastruktur quruculuq layihələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Sinoptiklər irəliləyən günlərdə havanın temperaturunun yüksələcəyini qeyd ediblər.


21-06-2024, 11:15
Вернуться назад