DataLife Engine / Nigeriyada vəbadan 35 nəfər ölüb

Nigeriyada vəbadan 35 nəfər ölüb

Nigeriyanın ən sıx əyalətlərindən biri olan Laqosda vəba epidemiyası olub.

BiG.AZ xəbər verir ki, xəstəlik səbəbiylə ölənlərin sayı 35-ə yüksəlib.

Bu barədə Nigeriyanın Laqos əyalətinin səhiyyə komissarı Akin Abayomi açıqlama yayıb. Məlumata görə, əyalətdə iki gündə 14 nəfərin vəbadan öldüyünü bildirib.

Ştatda yoluxma sayının 423-ə yüksəldiyini qeyd edən Abayomi epidemiyanın yayılmasının qarşısını almaq üçün tədbirlərin görüldüyünü bildirib.

Qeyd edək ki, keçən il Nigeriyada 3 mindən çox vəbaya yoluxma olub və epidemiya səbəbindən 100-dən çox insan öldü.

Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır.


25-06-2024, 08:02
Вернуться назад