DataLife Engine / Venesuelanın vitse-prezidenti insanlara kömək edərkən ağır xəsarət aldı

Venesuelanın vitse-prezidenti insanlara kömək edərkən ağır xəsarət aldı

Venesuelanın vitse-prezidenti Delsi Rodriges "Beril" qasırğasından zərər çəkmiş vətəndaşlara yardım edərkən ağacın altında qalaraq ağır xəsarət alıb.

Bu barədə Venesuela Prezidenti Nikolas Maduro yerli kanallardan birinə açıqlama verərkən söyləyib.

N.Maduro bildirib ki, D.Rodrigesin şüuru üstündədir.

"O, güclüdür və tezliklə sağalacaq", - Venesuela prezidenti əlavə edib.

Mənbə: Venezolana de Television


3-07-2024, 09:32
Вернуться назад