DataLife Engine / İranda yüzlərlə "Telegram" və "Instagram" fəalı məhkəməyə çağırılıb

İranda yüzlərlə "Telegram" və "Instagram" fəalı məhkəməyə çağırılıb

İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsgər Cahangiri prezident seçkisinə görə 100-ə yaxın sosial media fəalının məhkəməyə çağırıldığını açıqlayıb.

"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən məlumat verib.

Onun sözlərinə görə, prezident seçkisi ilə bağlı paylaşım edən daha iki "Telegram" kanalına məhkəmə işi açılıb və 500 "Instagram" hesabı müəyyən edilib.

Əsgər Cahangiri bildirib ki, sözügedən media fəalları, "Telegram" kanalları və "Instagram" hesabları 14-cü prezident seçkisi zamanı insanları seçkini boykot etməyə çağıran cinayət məzmunlu paylaşımlar ediblər.

Ə.Cahangiri, habelə qeyd edib ki, 14-cü prezident seçkisi ərəfəsində hökumət qurumları xəbərdarlıq etmişdilər ki, seçki ilə bağlı qanunsuz paylaşımlar edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.


11-07-2024, 14:22
Вернуться назад