DataLife Engine / Alen Simonyanın qardaşı nəhəng tender müqaviləsinin qalibi olub

Alen Simonyanın qardaşı nəhəng tender müqaviləsinin qalibi olub

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi direktoru bu ölkənin parlamentin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyan olan "EuroAsphalt" şirkəti ilə yol tikintisi üçün 6 müqavilə bağlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Mart, may və iyun aylarında imzalanmış, ümumi dəyəri 4,6 milyard dram (təxminən 12 milyon dollar) olan müqavilələrlə Şirak rayonunda və İrəvan-Sevan-İcevan avtomobil yolunun hissələrində yolların təmiri nəzərdə tutulur.

Jurnalistlər iddia edirlər ki, "EuroAsphalt" tez-tez yol tikintisi üzrə tenderlərdə qalib gəlir və bu, mümkün proteksionizmlə (bürokratik sövdələşmələr) bağlı müzakirələrə səbəb olur.


12-07-2024, 11:51
Вернуться назад