DataLife Engine / Rusiyada miqrantlar üçün tövsiyələr: Namaz qılmaq, qurban kəsmək olmaz

Rusiyada miqrantlar üçün tövsiyələr: Namaz qılmaq, qurban kəsmək olmaz

Rusiyanın Milli Məsələlər üzrə Federal Agentliyi Mərkəzi Asiyadan olan miqrantlara yerli əhaliyə müraciətdə "qardaş" və "bacı" sözlərindən istifadə etməməyi və nəqliyyatda yüksək səslə danışmamağı tövsiyə edir.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə agentliyin hazırladığı adaptasiya kursunda bildirilir.

Söhbət əcnəbilər üçün 70 dəqiqəlik mühazirədən gedir.

Burada xoşuna gələn xanımın ünvanına fit çalmamaq, yoldan keçənləri öz ana dilində müzakirə etməmək, küçədə dini mərasimləri icra etməmək - namaz qılmamaq və qurban kəsməmək, kənar adamlara fiziki olaraq toxunmamaq, toylarda havaya atəş açmamaq və s. bu kimi tövsiyələr yer alıb.


16-07-2024, 08:38
Вернуться назад