DataLife Engine / Rusiya və Ukrayna əsir düşən 190 əsgəri dəyişdirib

Rusiya və Ukrayna əsir düşən 190 əsgəri dəyişdirib

Rusiya və Ukrayna əsir düşən 190 əsgəri dəyişdirib.

BiG.AZ xəbər verir ki, danışıqlar nəticəsində Ukraynada əsir götürülən 95 rus əsgəri Moskvaya təhvil verilib, bunun müqabilində isə Ukrayna Silahlı Qüvvələrindən əsir götürülən 95 əsgər Kiyevə təhvil verilib.

"Rus əsgərlərinin əsirlikdən azad edilməsi zamanı Birləşmiş Ərəb Əmirlikləri humanitar vasitəçilik edib" , - deyə bildirilib.

Bildirilib ki, azad edilən rusiyalı hərbçilər Rusiya Müdafiə Nazirliyinə tabe olan səhiyyə müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarələri ilə Moskvaya aparılacaq.


18-07-2024, 07:56
Вернуться назад