DataLife Engine / Hindistanda Çandipur virusundan ən azı 16 nəfər ölüb

Hindistanda Çandipur virusundan ən azı 16 nəfər ölüb

Hindistanın qərbindəki Qucarat ştatında qeydə alınan Çandipur virusundan ən azı 16 nəfər ölüb.

"Report" xəbər verir ki, bunu ştatın səhiyyə naziri Raşikeş Patel jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yalnız Hindistanda qeydə alınana virus ümumilikdə 50 nəfərdə aşkarlanıb: "Bu həftənin əvvəlində dövlət orqanları rəsmi olaraq təsdiqlənmiş bir ölüm və 29 yoluxma barədə məlumat verib".

Çandipur virusu ağcaqanadların və ya gənələrin dişləməsi ilə ötürülür. İlk dəfə 1965-ci ildə Hindistanın Maharaştra əyalətinin Çandipur kəndində ensefalit epidemiyası zamanı aşkar edilib.



22-07-2024, 06:48
Вернуться назад