DataLife Engine / Anasının meyitini 5 il evdə gizlətdi

Anasının meyitini 5 il evdə gizlətdi

Yaponiyada polis ölmüş anasının cəsədini 5 il evdə saxlayan 60 yaşlı kişini həbs edib.

BiG.AZ xəbər verir ki, Yaponiyanın Osaka şəhərinin İkuno rayonunda yaşayan 60 yaşlı Katsunori Onada etdiyi hərəkətlə hər kəsi şoka salıb. Onada 5 il əvvəl dünyasını dəyişən anasının meyitini evin yataq otağında gizlədib. Mübahisə zəminində polislə görüşən Onadanın etirafı ilə həqiqət üzə çıxıb.

"Bir gün anam yeməyi dayandırdı və sonra öldü. Cəsədi çox problem yaradacağını düşündüyüm üçün ikinci mərtəbədəki yataq otağına qoydum",- deyə o qeyd edib.

Cinayətini etiraf edən Onada həbs edilib.


24-07-2024, 08:15
Вернуться назад