DataLife Engine / KİV: Benində yaraqlılar yeddi hərbçi və beş meşəbəyini öldürüblər

KİV: Benində yaraqlılar yeddi hərbçi və beş meşəbəyini öldürüblər

Silahlı şəxslər Benin şimalındakı W qoruğunda yeddi hərbçi və beş meşəbəyini öldürüblər.

"Report" xəbər verir ki, bu barədə "Maghreb Arabe Presse" informasiya agentliyi məlumat yayıb.

Hücuma görə məsuliyyətini Saxel bölgəsində fəaliyyət göstərən ekstremist qruplaşmaların heç biri üzərinə götürməyib.

İyunun əvvəlində yaraqlılar "Pəncari" Milli Parkında (Benin şimal-qərbində) yeddi hərbçini öldürüblər.

Beninin şimal bölgələri son illər İŞİD və "Al-Qaida" terror qruplaşmalarının müntəzəm silahlı hücumlarına məruz qalıb.



29-07-2024, 06:59
Вернуться назад