DataLife Engine / Zibilə atılan 5 dollarlıq lotereya bileti ilə 200 000 dollar uduldu

Zibilə atılan 5 dollarlıq lotereya bileti ilə 200 000 dollar uduldu

ABŞ-nin Cənubi Karolina ştatında yaşayan cütlük lotereyadan 200 000 dollar dəyərində cek-pot udub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, adlarının açıqlanmasını istəməyən cütlük əvvəl 5 dollara billet alıb.

Daha sonra qadın biletin uduşa düşməyəcəyini ehtimal edərək onu zibilə atıb. Bu an o bilməyib ki, onların həyatını dəyişən mükafata az qalıb.

Daha sonra əri qadına zəng edərək çıxan rəqəmlərin lotereya biletindəki rəqəmlərlə eyni olduğunu bildirib.

Onlar zibillikdən 200 000 dollarlıq lotereya biletini tapıblar.

Məlumat üçün bildirək ki, cütlük "Double Sided Dollars Extra Play"dən lotereya bileti alıb. Bu lotereyada belə bir cekpotun qazanılma şansı çox azdır.


30-07-2024, 14:23
Вернуться назад