DataLife Engine / İranın yeni prezidenti od püskürdü: "Mənə işləməyə imkan vermirlər"

İranın yeni prezidenti od püskürdü: "Mənə işləməyə imkan vermirlər"

İran Prezidenti Məsud Pezeşkian hakimiyyət daxilində müəyyən bir qruplaşmanın onu ləkələməyə çalışdığını və işləməyə mane olduğunu dilə gətirib.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.

"Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar. Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər, ona görə ki, bu kadrlar işə cəlb olunduqları halda sözügedən hakimiyyətdaxili qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər", - deyə M. Pezeşkian bildirib.

M.Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır.

O, ölkədə insanların çətinlik içərisində yaşadıqlarını vurğulayıb:

"Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə gözə bizdən narazıdır".

İran prezidenti HƏMAS liderinin ölkədə öldürülməsinə görə hökuməti tənqid edib. O, qeyd edib ki, hökumətin ayırdığı pulların hara getdiyi də bəlli deyil.


9-08-2024, 13:33
Вернуться назад