DataLife Engine / Belarus tankları Ukrayna sərhədində toplanır

Belarus tankları Ukrayna sərhədində toplanır

Qoşunların sərhəd qruplaşmalarının gücləndirilməsi çərçivəsində Belarus Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadalarından birinin tankları Ukrayna ilə sərhədə yerləşdirilir.

Oxu.Az TASS-a istiandən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yayılan kadrlardan görünür ki, tanklar sərhədə daşınmaq üçün dəmir yolu platformalarına yüklənir.

Qeyd edək ki, avqustun 10-da Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadan Rusiya istiqamətində uçan bəzi dronların Belarusun hava məkanını pozduğu açıqlayıb. O, Ukrayna ilə sərhəddə Qomel və Mozır taktiki istiqamətlərində qoşun qruplaşmalarını gücləndirməyi əmr edib.


12-08-2024, 06:54
Вернуться назад