DataLife Engine / Cənubi Kiprdə mindən çox komando hazırlıq vəziyyətinə gətirilib: Nə baş verir?

Cənubi Kiprdə mindən çox komando hazırlıq vəziyyətinə gətirilib: Nə baş verir?

İngiltərə Kral Donanmasının amfibiya hücum gəmiləri Cənubi Kipr sahillərinə yanaşıb.

Bu barədə Oxu.Az Cənubi Kipr Rum Administrasiyasında nəşr olunan "Havargi" qəzetinə istinadən bildirir.

Qəzetdə yer alan xəbərdə iddia olunur ki, Cənubi Kiprdə suveren baza statusuna malik olan və İngiltərəyə məxsus Akrotiri hava limanında 1000-dən çox komando hazırlıq vəziyyətində saxlanılır.

"Havargi" qəzetinin "Kiprdə xarici hərbi qüvvələrin sıxlığı artır" başlıqlı xəbərində Cənubi Kipr sahillərinə çatan ingilis amfibiya hücum gəmilərinin çoxluq təşkil etdiyi bildirilsə də, dəqiq say açıqlanmayıb.

Eyni zamanda Cənubi Kiprdə fəaliyyət göstərən bəzi internet saytları da müvafiq xəbəri hərbi mənbələrdən təsdiqlədiklərini bildiriblər.


12-08-2024, 13:07
Вернуться назад