DataLife Engine / Ruslar "YouTube"dan pul qazana bilməyəcək

Ruslar "YouTube"dan pul qazana bilməyəcək

"Google" Rusiyadan olan blogerlər üçün "YouTube"da monetizasiyanı (pul qazanmaq - red.) tamamilə ləğv edib.

OLAY yazır ki, bu barədə şirkət Rusiya Federasiyasından xidmət istifadəçilərinə göndərdiyi məktubda məlumat verib.

"Biz yerləşdiyi ölkə Rusiya olan bütün "AdSense" hesablarını deaktiv edirik. Bu o deməkdir ki, siz belə hesablar vasitəsilə monetizasiya gəliri əldə edə bilməyəcəksiniz", - deyə, "Google Payments" mesajında bildirilib.

Şirkət hesabın ödənişlərin qəbulu dayandırılmadığı və ödəniş həddinə çatmadığı təqdirdə blogerlərin iyul üçün qazanclarının avqustun 21-dən 26-a qədər ödəniləcəyini açıqlayıb.

Qeyd edək ki, 2022-ci ilin martında yutub Rusiya istifadəçiləri üçün bütün video hostinqin monetizasiya funksiyalarını dayandırıb. Bundan əlavə, Premium və Music Premium abunəlikləri, həmçinin sponsorluq, supersöhbət, superstikerlər Rusiyadan olan istifadəçilər üçün əlçatmaz olub.


13-08-2024, 07:02
Вернуться назад