DataLife Engine / Tailandda ölkə tarixinin ən gənc hökumət başçısı seçildi

Tailandda ölkə tarixinin ən gənc hökumət başçısı seçildi

Tailandın Milli Assambleyasının (parlament) Nümayəndələr Palatası Pxıa Txai Partiyasının lideri Pxetonqxan Çinavatranın baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, səsvermənin yayımını "Thai PBS" telekanalı həyata keçirib.

Baş nazir vəzifəsinə namizədi 319 qanunverici dəstəkləyib, 145 nəfər əleyhinə çıxıb, 27 nəfər bitərəf qalıb.

37 yaşlı Pxetonqxan Çinavatra ölkə tarixinin ən gənc baş naziri və bu vəzifədə ikinci qadın olub. O, keçmiş baş nazir və Tailandın ən populyar siyasətçilərindən biri olan Taksin Çinavatranın (2001-2006-cı illər) qızı, həmçinin digər keçmiş baş nazir Yinglak Çinavatranın (2011-14-cü illər) qardaşı qızıdır. Beləliklə, o, baş nazir postunu tutan Çinavatra ailəsinin üçüncü nümayəndəsi olub.


16-08-2024, 09:03
Вернуться назад