DataLife Engine / 8000 illik heykəlcik alimləri təəccübləndirdi - SƏBƏB...

8000 illik heykəlcik alimləri təəccübləndirdi - SƏBƏB...

8000 il əvvələ aid gildən hazırlanan qadın heykəlciyi ağzının olması ilə alimləri təəccübləndirib.

BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, Türkiyədə 8000 illik qadın heykəlciyi tapılıb. O, digər oxşar fiqurlardan ağzının olması ilə fərqlənir.
Ulucaq Höyük bölgəsi neolit, yeni daş dövrünün ilk əkinçilərinin ən qədim yaşayış məskənlərindən biridir. Bu dövrdə insanlar oturaq həyat tərzinə keçiblər, bununla da keramika və kənd təsərrüfatı sürətlə inkişaf edib. Nəticədə, neolit inqilabı baş verdi - mənimsəyici iqtisadiyyatdan istehsal edən iqtisadiyyata keçid...

Səkkiz min illik qadın heykəlciyi bolluq və məhsuldarlıqla əlaqəli dini ayinlərin bir hissəsi ola bilər.

Qeyd edək ki, gildən hazırlanmış fiqurun uzunluğu 8-10 sm-dir.


20-08-2024, 07:03
Вернуться назад