DataLife Engine / Almaniyada Durovun Fransada həbsinin səbəbini açıqladılar

Almaniyada Durovun Fransada həbsinin səbəbini açıqladılar

Bundestaqın sağçı Almaniya üçün Alternativ Partiyasının üzvü Şteffen Kotre "Telegram"ın yaradıcısı Pavel Durovun saxlanılmasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, o bu barədə "RIA Novosti" ilə söhbətində danışıb.

Kotre Durovun Fransada həbsinin səbəbini açıqlayıb və müxalifətə qarşı mübarizənin belə getdiyini vurğulayıb. O qeyd edib ki, alman mediası tez-tez "Telegram"ı sağçı ekstremistlər və konspirasiya nəzəriyyəçiləri üçün platforma adlandırır.

"Eyni zamanda, "Telegram" öz istifadəçilərini və müxalifətçiləri müdafiə edir, bu, Pavel Durovun məhkəməsi üçün əsl səbəb olacaq", - deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də axşam saatlarında Paris hava limanında saxlanılıb. Fransa məhkəmə orqanlarının məlumatına görə, o, "Telegram" vasitəsilə həyata keçirilən qanunsuz hərəkətlərin ortağıdır. Durov hazırda həbsdədir və onu 20 ilə qədər həbs gözləyir.


26-08-2024, 09:52
Вернуться назад