DataLife Engine / Soçidə daşqın: Maşınlar su altında qaldı

Soçidə daşqın: Maşınlar su altında qaldı

Rusiyanın Soçi şəhərində güclü yağışlar daşqına səbəb olub.

Bu barədə Oxu.Az Sochi-news.net nəşrinə istinadən xəbər verir.

Məlumata görə, daşqın nəticəsində onlarla avtomobil su altında qalıb. Xosta və Adler rayonlarında yağıntının miqdarı daha çox olub.

Həmçinin gələn səkkiz təyyarə alternativ aerodromlara yönləndirilib.


27-08-2024, 09:49
Вернуться назад