DataLife Engine / Fransa prezidentinin aktiv "Telegram" istifadəçisi olduğu üzə çıxıb

Fransa prezidentinin aktiv "Telegram" istifadəçisi olduğu üzə çıxıb

Fransa prezidenti Emmanuel Makron, yaradıcısı Pavel Durovun həbs olunmasına baxmayaraq, "Telegram" mesencerindən fəal şəkildə istifadə edir.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Fransa parlamentinin keçmiş deputatı bildirib ki, Makron onunla "Telegram" mesencerində yazışıb. O, həmin yazışmaları göstərib.

Məlumata görə, Makron ilk prezidentlik kampaniyası başlayandan "Telegram" istifadəçisidir. Fransa hökumətinin üzvləri, müxtəlif rütbə və partiyaların siyasətçiləri də mesencerdən fəal şəkildə istifadə etməkdə davam edirlər.

Durovun işini araşdırmayan, lakin onun keçmişi ilə tanış olan Fransa Ədliyyə Nazirliyinin rəsmisi deyib ki, Paris "Telegram" administrasiyasının Fransa hakimiyyət orqanları ilə əməkdaşlıq etmək istəməməsi səbəbindən mesencerdən "inciyib".


27-08-2024, 11:19
Вернуться назад