DataLife Engine / Yaponiya güclü tayfun təhlükəsi qarşısındadır

Yaponiya güclü tayfun təhlükəsi qarşısındadır

Yaponiyanın cənub-qərb adalarına tayfun yaxınlaşıb, yerli sakinlərə yaxın günlərdə güclü külək və leysan yağışları barədə xəbərdarlıq ediblər.

Oxu.Az bu barədə "Associated Press"ə istinadən xəbər verir.

"Şanşan" tayfunu çərşənbə axşamı səhər cənubdakı Amami adasından təxminən 130 km şərqdə olub. Küləyin sürəti 162 km/saata çatıb.

Bildirilir ki, çərşənbə günündən cümə axşamına kimi Amami adasına 40 sm-ə qədər, Kyusyu bölgəsinə isə 50 sm-ə qədər yağış yağacaq.

Yaponiyanın dəmir yolu şirkətləri çərşənbə günündən bazar gününə kimi Kyusyu və Honsyu adalarında xidmətləri dayandıracaqlarını elan ediblər.


28-08-2024, 12:31
Вернуться назад