DataLife Engine / Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxıldı

Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxıldı

Fransada istintaq hakimi "Telegam" sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.

Oxu.Az bildirir ki, bu barədə AFP nəşri Paris prokurorluğuna istinadən xəbər verir.

O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.

Eyni zamanda, ona Fransa ərazisini tərk etmək qadağan edilib.

Pavel Durovu əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham ediblər.

Söhbət, xüsusən də hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina, uşaq pornoqrafiyasının yayılmasında şəriklik, narkotik alveri, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluqdan gedir.


29-08-2024, 07:26
Вернуться назад