DataLife Engine / Ərdoğandan Zəfər Bayramı təbriki

Ərdoğandan Zəfər Bayramı təbriki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qeyd olunan 30 Avqust - Zəfər Günü münasibətilə xalqa təbrik mesajı ünvanlayıb.

Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.

"Bu gün biz Böyük Qələbənin 102-ci ildönümünü birlikdə coşqu, həyəcan və qürurla qeyd edirik. Türk milləti Böyük Zəfərə əsaslanaraq öz vətənində müstəqil yaşamaqdan heç vaxt imtina etməyəcək və biz bunu bütün dünyaya bəyan edirik", - deyə R.T.Ərdoğan vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, Türkiyə dünyanın fərqli regionlardakı toqquşmalara, zülmə son qoymaq üçün bütün imkanlarını səfərbər edir.

O bildirib ki, Türkiyə bu gün dünənə nisbətən daha güclüdür:

"Sabah daha da güclü olacağıq. Hər kəsin ədalətli təmsil olunduğu beynəlxalq sistemi mütləq təsis edəcəyik".


30-08-2024, 11:01
Вернуться назад