DataLife Engine / Şimali Koreya ardıcıl beş gündür qonşusuna zibilli şarlar göndərir

Şimali Koreya ardıcıl beş gündür qonşusuna zibilli şarlar göndərir

Şimali Koreya beşinci gündür ki, Cənubi Koreyaya doğru zibil dolu hava şarları göndərir.

Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Seul meriyası məlumat yayıb.

Seul iddia edir ki, KXDR-in oxşar hərəkətləri sentyabrın 4-dən bəri davam edir.

Öz növbəsində, KXDR Cənubi Koreyanın təbliğat vərəqələrinin atılmasını cavabsız qoymayacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, may ayından başlayaraq Cənubi Koreyaya KXDR-dən zibil dolu hava şarları gəlir. Bu artıq 17-ci belə hadisədir.


9-09-2024, 07:37
Вернуться назад