DataLife Engine / Bakıda anadan olan Beqlov Sankt-Peterburq qubernatoru seçkisində öndədir

Bakıda anadan olan Beqlov Sankt-Peterburq qubernatoru seçkisində öndədir

Sankt-Peterburqun hazırkı qubernatoru, Bakıda anadan olmuş Aleksandr Beqlov Rusiya şəhərinin başçısı seçkisində inamlı şəkildə liderlik edir.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Rusiyanın Sankt-Peterburq şəhərinin hazırkı qubernatoru Aleksandr Beqlov protokolların 70.57 faizinin işlənməsinin nəticələrinə əsasən, şəhər başçısının seçkisində səslərin 59.88 faizini toplayıb.

Liberal Demokrat Partiyasından namizədliyi irəli sürülmüş Maksim Yakovlev 19.05%, Pavel Braqin (yaşıllar) 11.1%, Sergey Malinkoviç (Rusiya kommunistləri) 7.75% səs toplayıb.

Sankt-Peterburq qubernatoru seçkisində səsvermə 6-8 sentyabr tarixlərində keçirilib. Şəhər başçısının seçkisi ilə yanaşı, şəhərdə, həmçinin Qanunverici Məclisin 18 saylı birmandatlı seçki dairəsi üzrə əlavə deputat seçkisi və 110 bələdiyyə şurasının deputatlarının seçkisi də baş tutub.


9-09-2024, 10:08
Вернуться назад