DataLife Engine / Kabulda faciə: Baydenin yalanı 13 hərbçinin ölümünə səbəb oldu

Kabulda faciə: Baydenin yalanı 13 hərbçinin ölümünə səbəb oldu

ABŞ-də Prezident Co Baydenin administrasiyası 10-dan çox hərbçinin ölümündə ittiham edilib. İddiaya görə 2021-ci ildə Əfqanıstandan qoşunların çıxarılması zamanı düzgün planlaşdırmama fəlakətli nəticələrə gətirib çıxarıb.

Oxu.Az-ın RBK-ya istinadla verdiyi məlumata görə, Konqresin Nümayəndələr Palatasının xarici işlər komitəsindən olan respublikaçılar bununla bağlı hesabat dərc ediblər.

Sənəddə deyilir ki, Bayden komandası qoşunların çıxarılmasının hər mərhələsində ABŞ xalqını aldadıb.

O da vurğulanıb ki, administrasiyanın uğursuzluqları Kabulda Abbi-Qeyt qapısı yaxınlığında bomba partlayışı nəticəsində 13 ABŞ-li hərbçinin ölümünə səbəb olub.

Hesabatda administrasiyanın mülki əhalinin təxliyəsi barədə qərarı çox gec qəbul etdiyi, həmçinin Vaşinqtondakı departamentlər və Əfqanıstandakı rəsmi şəxslər arasında qarşılıqlı əlaqəni təmin etmədiyi qeyd olunub.


9-09-2024, 10:10
Вернуться назад