DataLife Engine / Fransada Makronun impiçment proseduru başlayır

Fransada Makronun impiçment proseduru başlayır

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu prezident Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanması haqqında qətnamə layihəsini təsdiqləyib.

Oxu.Az bu barədə "Parisien" qəzetinə istinadən xəbər verir.

"Milli Assambleyanın Bürosu Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması prosedurunu təsdiqləyib", - qəzet yazır.

Büro parlamentin aşağı palatasının ali kollegial orqanıdır. Hazırda onun 22 üzvündən 12-si sol qüvvələrin nümayəndələridir.

Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifi solçuların "Məğlub olmayan Fransa" partiyası tərəfindən irəli sürülüb.


17-09-2024, 13:21
Вернуться назад