Nigeriya Mərkəzi Bankı üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib.
"APA-Economics" xəbər verir ki, bu qərardan sonra milli valyuta olan nayra 24% ucuzlaşıb.
Nayranın daha da ucuzlaşacağı gözlənilir.
Mərkəzi Bankın açıqlamasında bildirilir ki, valyuta ehtiyatlarının azalması üzən məzənnə rejiminə keçidi zəruri edib.