11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakıda Alma Store mağazasının açılışında Mac, iPad və iPhone xüsusi qiymətlərlə təklif ediləcək

Bakıda Alma Store mağazasının açılışında Mac, iPad və iPhone xüsusi qiymətlərlə təklif ediləcək
Bakıda Alma Store mağazasının açılışında Mac, iPad və iPhone xüsusi qiymətlərlə təklif ediləcək


Oktyabrın 20-də Bakıda “iPad”, “Mac” və “iPhone” məhsullarını xüsusi qiymətlə təklif edəcəklər. Bununla yanaşı, “Apple” üslubunda tematik zonaları quraşdırılacaq, sehirbaz şousu və canlı konsert olacaq.

Bunların hamısı Port Baku AVM-də “Alma Store Apple Premium Reseller” mağazasının açılışı zamanı baş tutacaq. Aksiya üç məşhur “Apple” cihazlarını əhatə edəcək: “iPad” 32 GB Wi-Fi -699 AZN, “MacBook Air” 2017 128 GB 1799 AZN, “iPhone 7” 32 GB 1249 AZN.

“iPad” və “Mac” kompüterlərinin qiymətləri çox sərfəli olacaq. “Apple” yeni modelləri Avropa və ABŞ qiymətlərinə yaxın, hətta aşağıda olacaq.

“Biz bunları qonaqlara hədiyyə kimi etmişik, qazanc üçün deyil”- bu haqda “Alma Store”-dən bildiriblər.

Planşetlər və kompüterləri “Alma Store”un açılışdan sonra əldə etmək mümkün olacaq. Açılış 20 oktayab, saat 19:00-da Port Baku-nun birinci mərtəbəsində baş tutacaq.

Qeyd edək ki, məhsulların sayı məhdud olduğundan aksiya vaxtından tez bitə bilər. Cihazları nəğd ödənişlə yanaşı “Worldcard” vasitəsilə kredit yolu ilə də əldə edə bilərsiniz. Bundan əlavə açılışdan bir saat əvvəl qonaqlara xüsusi şou təqdim ediləcək. İlluziyaçılar “Apple” cihazları ilə fokuslar nümayiş edəcəklər və arzu edən hər kəs öz fotosunu “iPad Pro”da “Apple Pencil”lə çəkə biləcək. Bundan əlavə qonaqlar arasında qiymətli hədiyyələr də oynanılacaq.

Alış-veriş mərkəzini bir neçə saatlığa “Apple dünyasına” əyləncə və təlim zonalarına çevirəcəklər. Oyun zonasında “Apple TV” imkanlarını test edə və yarışa bilərsiniz.

Nəzərinizə çatdıraq ki, yeni mağazanın sahəsi 170 kv m-dən artıq olacaq. Böyük bir sahə yeni modellərlə stendlərə ayrılacaq ki, bu da öz növbəsində onları testdən keçirməyə imkan verəcək.

Yeniliklərdən biri “demo-zona Beats” olacaq, adıgedən qulaqlıqlarla. Yanında təlim üçün masa da yerləşdiriləcək. Mağazada həmçinin “Apple” məhsullarıilə yaxından tanış olmaq istəyən hər bir kəs üçün ayrı təlim otağı da fəaliyyət göstərəcək.

Mağaza xüsusi konsultasiya seksiyası və “Flex Table” təlim ilə seçiləcək. Qiymətlər bazar səviyyəsində olacaq. Açılış günü isə təşkilatçılar iştirakçıları xüsusi qiymətlərlə sevindirməyə söz verirlər.
İqtisadiyyat
Türkiyəyə gedənlərin nəzərinə: TL-də yenidən antirekord qeydə alındı

Türkiyəyə gedənlərin nəzərinə:...

İqtisadiyyat
Azərbaycanda təbii qazın qiyməti artacaq?

Azərbaycanda təbii qazın qiyməti...

İqtisadiyyat
"Coca Cola" fəaliyyətini yenidən quracaq

"Coca Cola" fəaliyyətini yenidən...

İqtisadiyyat
Minimum əməkhaqqı nə zaman artırılacaq?

Minimum əməkhaqqı nə zaman...

İqtisadiyyat
Azərbaycanda bütün banklar dolların alış qiymətini aşağı saldı

Azərbaycanda bütün banklar dolların...

İqtisadiyyat
Manat və dolların sabahkı məzənnəsi

Manat və dolların sabahkı məzənnəsi...

Комментарии (0)