11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

İşçi və işəgötürən: kim nə qədər vergi və sosial sığorta ödəyəcək? - HESABLAMA

İşçi və işəgötürən: kim nə qədər vergi və sosial sığorta ödəyəcək? - HESABLAMA
İşçi və işəgötürən: kim nə qədər vergi və sosial sığorta ödəyəcək? - HESABLAMA


Yeni məcəllənin vergi yükünü aşağı saldığını bəyan edən nazirlik nəticədə işçilərin sayının gizlədilməsi və əməkhaqqı sistemində ikili mühasibatlılıq hallarının aradan qaldırılacağını gözləyir.

Əmək müqaviləsi ilə işləyənlərin sayı 1/3-dən azdı

May.Az xəbər verir ki, mütəxəssislərin apardığı təhlillərə əsasən, Azərbaycanda “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biri kimi əməkhaqqından tutulan sosial sığorta dərəcəsi və vergi yükü göstərilir.

Bu, əksər hallarda əməkhaqqının məbləğinin düzgün göstərilməməsində və işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsində özünü büruzə verir.

Hazırda ölkədə iqtisadi fəal əhalinin sayının beş milyon nəfərə yaxın olmasına baxmayaraq, muzdlu işçilərin sayı məşğul əhalinin cəmi 31,5 faizini təşkil edir. Başqa sözlə, əmək müqaviləsi bağlayanların sayı iqtisadi fəal əhalinin sayının üçdə birindən azdır. 1,5 milyon nəfərin kənd təsərrüfatında çalışdığı nəzərə alınsa, qalan vətəndaşların sahibkarlıq fəaliyyəti və ya əmək müqaviləsi bağlamadan fərdi əməklə məşğul olduğu aydın görünər.

İndi vergi yükü 40-51 faiz arasında dəyişir

Bəs faktiki əmək fəaliyyəti ilə məşğul olan əhalinin sayının rəsmi sənədlərdə bu qədər aşağı göstərilməsinin kökündə nə dayanır?

Mövcud qanunvericiliyə əsasən, ödənilmiş əməkhaqqına görə işçilərin və işəgötürənlərin ümumi vergi yükü 40-51 faiz arasında dəyişir. Bu səbəbdən də həm işəgötürənlər, həm də işçilər iş yerlərinin rəsmiləşdirilməsindən yayınır və əməkhaqqının həqiqi məbləğinin gizlədilməsinə üstünlük verirlər.

Vergi qanunvericiliyinə edilən dəyişikliklərə uyğun olaraq, əməkhaqqı üzrə vergi yükünün aşağı salınması və əməkhaqqının leqallaşdırılmasına hesablanan islahatlar iki əsas komponenti əhatə edəcək. Hazırda ödənilmiş əməkhaqqına görə gəlir əldə edən şəxslər gəlir vergisinin (14 faiz) və sosial sığorta ayırmalarının (3 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta), işəgötürənlər isə yalnız sosial sığorta ayırmalarının (22 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta) ödəyiciləridir.

Bu ödəmələr işəgötürənlər tərəfindən tutularaq dövlət büdcəsinə ödənilir.

2019-cu ilin yanvarından həyata keçiriləcək islahatlar nəticəsində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid olan subyektlərlə münasibətdə yeddi il müddətinə gəlir vergisi üzrə güzəşt tətbiq ediləcək. Vətəndaşların pensiya hüquqlarını nəzərdə tutan mövcud sığorta sisteminin təminat və uçot prinsiplərinin, habelə pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsi üzrə mövcud ödəmə və hesabatlılıq sistemləri saxlanılacaq.

Yeni qayda necədir?

İslahat modelinə əsasən, aylıq məbləği 8000 manatadək olan əməkhaqları üzrə fiziki şəxslərin gəlir vergisi 14 faizdən 0 faizə endiriləcək, əmək haqqının 8000 manatdan yuxarı olan hissəsi isə 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaq. Güzəşt məbləğinin hazırkı 173 manatdan 200 manata qaldırılması (büdcə təşkilatlarına, dövlət müəssisələrinə, neft-qaz sektoruna da şamil edilir) nəzərdə tutulur.

Sosial sığorta haqlarının və işsizlikdən sığorta dərəcələrinə gəlincə, bu, aşağıdakı qaydada müəyyən olunur:

- əməkhaqqının 200 manatadək olan məbləği üzrə: işçi - 3,5 faiz, işəgötürən - 22,5 faiz (cəmi 26 faiz);

- əməkhaqqının 200 manatdan yuxarı olan hissəsi üzrə: işçi - 10,5 faiz, işəgötürən - 15,5 faiz (cəmi 26 faiz).

Dövlət və neft-qaz sahəsində (500 manat əməkhaqqı alan işçilərin vergi və sosial sığorta ödənişlərinin hesablanmasına dair nümunələr) fəaliyyət göstərənlər üçün:

Vergi üzrə:

500 - 200 (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat 300 manat x 14 faiz (gəlir vergisi) = 42 manat

Sosial sığorta üzrə:

500 x 3,5 faiz = 17,5 manat Cəmi: 59,5 manat 500 manat - 59,5 manat = 440,5 manat.

Yəni dövlət və neft-qaz sahəsində çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 440,5 manat əməkhaqqı alacaq.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üçün:

Vergi üzrə:

Gəlir vergisi - 0 faiz (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)

Sosial sığorta üzrə:

6+ (500-200) x10,5 faiz = 37,5 manat Cəmi: 37,5 manat.

500-37,5=462,5 manat.

Yəni neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 462,5 manat əməkhaqqı alacaqlar.

Qeyd edək ki, bu islahatların qeyri-dövlət sektorunda çalışan təxminən 450 min nəfərin əmək gəlirlərinin artırılmasına xidmət edəcəyi proqnozlaşdırılır. Güzəştli məbləğin tətbiqi nəticəsində işçilərin əməkhaqlarında azalma olmayacaq. İslahatlardan sonra qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq. oxu.az
İqtisadiyyat
Türkiyəyə gedənlərin nəzərinə: TL-də yenidən antirekord qeydə alındı

Türkiyəyə gedənlərin nəzərinə:...

İqtisadiyyat
Azərbaycanda təbii qazın qiyməti artacaq?

Azərbaycanda təbii qazın qiyməti...

İqtisadiyyat
"Coca Cola" fəaliyyətini yenidən quracaq

"Coca Cola" fəaliyyətini yenidən...

İqtisadiyyat
Minimum əməkhaqqı nə zaman artırılacaq?

Minimum əməkhaqqı nə zaman...

İqtisadiyyat
Azərbaycanda bütün banklar dolların alış qiymətini aşağı saldı

Azərbaycanda bütün banklar dolların...

İqtisadiyyat
Manat və dolların sabahkı məzənnəsi

Manat və dolların sabahkı məzənnəsi...

Комментарии (0)