11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Azərbaycan iqtisadiyyatı dünya bazarlarında neft qiymətlərinə..." – Ekspertdən SENSASİON AÇIQLAMA

"Azərbaycan iqtisadiyyatı dünya bazarlarında neft qiymətlərinə..." – Ekspertdən SENSASİON AÇIQLAMA
"Azərbaycan iqtisadiyyatı dünya bazarlarında neft qiymətlərinə..." – Ekspertdən SENSASİON AÇIQLAMA


"Bu il üçün neftin orta qiymətləri ilə bağlı artıq enerji və reytinq agentlikləri, investisiya bankları ilk korreksiyalarını etməyə başlayıblar. Buna səbəb isə, cari ilin birinci rübünə dair, dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı açıqlanması, iqtisadi inkişaf templərinin əsas istehlakçı ölkələr və regionlar üzrə daha real göstəricilərdə əks olunması və təbii ki, dünya bazarında neftin tələb-təkliflərinə dair yeni proqnoz göstəricilərinin ortaya çıxmasıdır".

BiG.AZ xəbər verir ki, bu sözləri sonxeber.az-a neftin dünya bazar qiyməti ilə bağlı danışarkən neft-qaz sahəsi üzrə ekspert İlham Şaban deyib.

Ekspertin sözlərinə görə, nefin qiymətləri ilə bağlı 2018-ci ilin noyabr-dekabr aylarında verilən pessimist proqnozların əksəriyyətində optimizmə doğru meyllər müşahidə edilir:
"Əgər o zaman neft qiymətlərinin 60-dan aşağı düşməsi ehtimalları və 60 ətrafında olması ilə bağlı (daha çox Brent markalı netin illik orta qiymətinin 62-63 dollar) fikirlər səsləndirilirdisə, hazırda Brent markalı neftin qiyməti 74 dollardan yuxarı həddədir. Onun orta illik qiymət göstəriciləri 65-67 dollara qədər yüksəldilib. Bu isə, Azərbaycan üçün vacib amildir. Çünki 2019-cu ilin büdcəsi ixrac neftimizin 1 barelinin orta qiyməti 60 dollardan hesablanıb. Büdcədə neft gəlirlərinin payı isə, 60% ətrafındadır, ixracda neft gəlirlərinin payı 81%-dir. Yəni Azərbaycan iqtisadiyyatı dünya bazarlarında neft qiymətlərinə həssasdır. Bu baxımdan dünya bazarlarında neftin 60 dollardan yuxarı həddə olması dövlət büdcəsinə əlavə gəlirlər, Neft Fondunun aktivlərinin artımı və ölkənin valyuta rezervlərinin çoxalması deməkdir. Valyuta ehtiyatları kifayət qədər olduqda isə, hökumətin milli valyutanın stabilliyi üçün əlavə stimul əldə etmiş olur. Bu da iqtisadiyyatın dayanıqlığı üçün vacib şərtlərdən biridir".
İqtisadiyyat
Türkiyəyə gedənlərin nəzərinə: TL-də yenidən antirekord qeydə alındı

Türkiyəyə gedənlərin nəzərinə:...

İqtisadiyyat
Azərbaycanda təbii qazın qiyməti artacaq?

Azərbaycanda təbii qazın qiyməti...

İqtisadiyyat
"Coca Cola" fəaliyyətini yenidən quracaq

"Coca Cola" fəaliyyətini yenidən...

İqtisadiyyat
Minimum əməkhaqqı nə zaman artırılacaq?

Minimum əməkhaqqı nə zaman...

İqtisadiyyat
Azərbaycanda bütün banklar dolların alış qiymətini aşağı saldı

Azərbaycanda bütün banklar dolların...

İqtisadiyyat
Manat və dolların sabahkı məzənnəsi

Manat və dolların sabahkı məzənnəsi...

Комментарии (0)