11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

SWIFT-dən AMB-yə informasiya təhlükəsizliyi ilə bağlı XƏBƏRDARLIQ

SWIFT-dən AMB-yə informasiya təhlükəsizliyi ilə bağlı XƏBƏRDARLIQ
SWIFT-dən AMB-yə informasiya təhlükəsizliyi ilə bağlı XƏBƏRDARLIQ


Qlobal Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) üzvü olan bütün təşkilatlara ünvanlanan, beynəlxalq aləmdə son zamanlar baş verən kibercinayətkarlıq ilə bağlı tövsiyə məktubu Azərbaycan Mərkəzi Bankına (AMB) da daxil olub.

"APA-Econpomics"in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, məktubda bütün üzv təşkilatlara SWIFT-in informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində buraxdığı proqram təminatı yeniliklərinin verilən qrafik əsasında tətbiq edilməsi tövsiyə olunub. "Eyni zamanda bildirilir ki, SWIFT şəbəkəsindən istifadə üzrə təhlükəsizlik qaydalarına daha ciddi riayət olunmalı, səlahiyyətlər bölgüsünə, identifikasiya və autentifikasiya kimi məsələlərə nəzarət gücləndirilməlidir", - deyə məlumatda vurğulanıb.

AMB-dən bildirilib ki, Mərkəzi Bankın ödəniş və digər sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq qanunvericilik aktlarının tələbləri əsasında akreditasiya olunmuş "Bank Sertifikat Xidmətləri Mərkəzi” yaradılıb və bütün sistemlərin iştirakçısı olan maliyyə təşkilatları ilə informasiya mübadiləsi bu mərkəzdən alınmış elektron sertifikatlardan istifadə olunmaqla həyata keçirir: "Eyni zamanda SWIFT-in informasiya resurslarına inteqrasiya olunmuş ödəniş sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması üçün ən müasir metodlardan istifadə olunur və Cəmiyyətin informasiya təhlükəsizliyi istiqamətində buraxdığı bütün proqram təminatı yenilikləri qrafik əsasında vaxtında tətbiq edilir”.

Xatırladaq ki, SWIFT beynəlxalq maliyyə sistemi Mərkəzi Banklara ünvanladığı məktubda onları yeni haker hücumları dalğası barədə məlumatlandırıb. Məktubda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib: "Haker hücumlarının bəziləri uğursuzluğa düçar olsa da, bəziləri kibercinayətkarlar üçün uğurlu olub. Hücumlar fevral ayında Banqladeş Mərkəzi Bankına olunan hücumların ardı kimi qiymətləndirir".
İqtisadiyyat
Mərkəzi Bank açıqladı: Dollar bahalaşır - RƏSMİ

Mərkəzi Bank açıqladı: Dollar...

İqtisadiyyat
Maaşlardan icbari tibbi sığorta haqqının tutulması gələn ilə qaldı

Maaşlardan icbari tibbi sığorta...

İqtisadiyyat
Natiq Əliyev: “Yol xəritəsi”nin qəbul edilməsi İraq və İrandan asılı olacaq

Natiq Əliyev: “Yol xəritəsi”nin...

İqtisadiyyat
Saatlıq əməkhaqqı rejiminə keçmək nələr vəd edir? - Deputatdan AÇIQLAMA

Saatlıq əməkhaqqı rejiminə keçmək...

İqtisadiyyat
Azərbaycan neftinin bareli 71 dollara satılır

Azərbaycan neftinin bareli 71...

İqtisadiyyat
Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

Azərbaycanda bu məhsulların...

Комментарии (0)