11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Mərkəzi Bank uçot dərəcəsini 15%-ə qaldırıb

Mərkəzi Bank uçot dərəcəsini 15%-ə qaldırıb
Mərkəzi Bank uçot dərəcəsini 15%-ə qaldırıb


Son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu və AMB tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb.

Eyni zamanda makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib. Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 8 avqust 2016-cı il tarixində verilən qərara əsasən, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5% səviyyəsinə qaldırılıb.
İqtisadiyyat
Manatın bu günə olan məzənnəsi

Manatın bu günə olan məzənnəsi...

İqtisadiyyat
Dolları olanlar, DİQQƏT: Sabaha olan məzənnə açıqlandı

Dolları olanlar, DİQQƏT: Sabaha...

İqtisadiyyat
Dekabrın 13-dən sonra Azərbaycanda dollar kəskin bahalaşa bilər - XƏBƏRDARLIQ

Dekabrın 13-dən sonra Azərbaycanda...

İqtisadiyyat
Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaret bahalaşdı...

İqtisadiyyat
Sabah Bakının bəzi yerlərində qaz olmayacaq

Sabah Bakının bəzi yerlərində qaz...

İqtisadiyyat
Azərbaycanda nağdsız ödənişlərin məbləği mayda 60 % artıb

Azərbaycanda nağdsız ödənişlərin...

Комментарии (0)