DataLife Engine / Azərbaycan neftinin bareli 71 dollara satılır

Azərbaycan neftinin bareli 71 dollara satılır

Azərbaycan neftinin bareli 71 dollara satılır



CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,97 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 22-də 67,83 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 22-də 69,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,97 dollar/barel çoxdur.
24-01-2018, 00:21
Вернуться назад