DataLife Engine / Azərbaycanda sahibkarlara hansı vergi güzəştləri var?

Azərbaycanda sahibkarlara hansı vergi güzəştləri var?

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlığın inkişafı istiqamətində işlər aparır".

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli BiG.AZ-a bildirib.

O qeyd edib ki, bazarlarda istehsal olunan materialların vergi rüsumundan azad edilməsi istiqamətində yerli istehsalı dəstəkləmək üçün güzəşt siyahısı təşkil olunur:

"Desək ki, sahibkarların vergi yükü azaldılmır, bu səhv olar. Texnoloji parklarda azad zona yaradılıb. Burada qeydiyyatdan keçənlər üçün heç bir vergi yoxdur. Texnoloji parklarda 7 illik vergi güzəştləri var. Bundan başqa sənaye parklarında və Qarabağ-Zəngəzurda xüsusi vergi güzəştləri var. 2019-cu ildə belə bir addım atıldı ki, özəl qeyri -neft sektorunda çalışan işçilərin 8min manata qədər gəlir vergisi ləğv edildi. Şirkətin işçiyə görə ödədiyi vergi güzəşt edildi.2026-cı ilə qədər güzəştli vergi var. Bazarlarda istehsal olunan materialların vergi rüsumundan azad edilməsi istiqamətində yerli istehsalı dəstəkləmək üçün güzəşt siyahısı təşkil olunur. Bundan başqa innovasiya, texnologiya şirkətlərinə əhəmiyyətli işçi dövriyyə güzəştləri verildi,amma bunun üçün İnnovasiya Agentliyinə sənəd təqdim etmək lazımdır. Bu il sahibkarların divident vergisi 10 faizdən 5 faizə endirildi. Bunların hamısı vergi yükünün azaldılması istiqamətində addımlardır. Bundan sonra ƏDV- nin differensiallaşması yaxşı olar. Düzdür, bu, sahibkar yox, alıcı vergisidir, amma bunun sosial təsiri ola bilər".


1-06-2024, 10:16
Вернуться назад