DataLife Engine / Dollar bütün dünyada bahalaşmağa başladı

Dollar bütün dünyada bahalaşmağa başladı

Dollar bütün dünyada bahalaşmağa başladı


Son açıqlamalar və inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dəyər itirməsi dolların bahalaşmasına səbəb olub.

BAKU.WS-in məlumatına görə, Avropa Mərkəzi Bankının (AMB) qərarları və AMB sədri Mariyo Draginin şərhlərindən sonra dollar yüksəlməyə başlayıb.

Avropanın vahid valyutası dollar qarşısında 0,21% dəyər itirərək 1,1235 EURO/USD-yə bərabər olub.

ABŞ milli valyutası Yapon yeni qarşısında da bahalaşıb. Belə ki, dollar yenə nisbətdə 0,23% möhkəmlənərək 102,72-yə (USD/JPY) yüksəlib.

Azərbaycan milli valyutası isə son olaraq dollara nisbətdə möhkəmlənib. Hazırda 1 dollar 1,6390 AZN-ə bərabərdir.

Şahin Həbibov
12-09-2016, 01:32
Вернуться назад