11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Dövlət qulluğuna qəbul üçün yeni test imtahanı keçiriləcək - Vaxt açıqlandı

Dövlət qulluğuna qəbul üçün yeni test imtahanı keçiriləcək - Vaxt açıqlandı
Dövlət qulluğuna qəbul üçün yeni test imtahanı keçiriləcək - Vaxt açıqlandı


Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən MAY.AZ-a verilən məlumata görə, noyabrın 24-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahana qeydiyyat 22 noyabr saat 16:00-dək davam edəcək.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Elm və Təhsil Bakı
Azərbaycanda məktəblər bağlanacaq? - Təhsil Nazirliyindən açıqlama

Azərbaycanda məktəblər bağlanacaq?...

Elm və Təhsil Bakı
Dərslər sentyabrın 15-dək təxirə salınıb? - RƏSMİ

Dərslər sentyabrın 15-dək təxirə...

Elm və Təhsil Bakı
Gələn tədris ili nə vaxt başlayacaq? - ƏMR VERİLDİ

Gələn tədris ili nə vaxt...

Elm və Təhsil Bakı
Müəllim və direktorlara ŞAD XƏBƏR

Müəllim və direktorlara ŞAD XƏBƏR...

Elm və Təhsil Bakı
Miqrasiya orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Miqrasiya orqanlarında işləmək...

Elm və Təhsil Bakı
8 abituriyentin nəticəsi ləğv edildi

8 abituriyentin nəticəsi ləğv edildi...

Комментарии (0)