11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Bəlkə, gülmək üçün belə SMS göndərirlər, amma..."

"Bəlkə, gülmək üçün belə SMS göndərirlər, amma..."
"Bəlkə, gülmək üçün belə SMS göndərirlər, amma..."


Ötən gün göndərilən SMS-lərin 60 faizi daha çox sistemi yoxlamaq məqsədilə göndərilən müəyyən sms-lərdir. Ancaq qərarda zəruri halların nə olduğu konkret kodlarla göstərilib. Ancaq o hallara aidiyyatı olmayan mətnlər göndərilir.

MAY.AZ xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev REAL TV-yə müsahibəsində deyib.

Ü. Mehdiyev bildirib ki, açığı, bu halar bizi o mənada narahat edir ki, o insanlar başa düşməlidirlər ki, onların bu SMS-ləri yaşayış yerini tərk etmələri zəruri olan vətəndaşın sorğusunu gecikdirə bilir:

"Bu, bir vətəndaşın qeyri-ciddiliyi, digər vətəndaşın isə hüququnun pozulmasıdır. Bu SMS-lər sistemə düşürsə, bunun arxasında monitorinq sistemi dayanır. O şəxsləri dərhal fiksasiya etmək mümkündür. Həmin şəxslər bilməlidirlər ki, bu gün Operativ Qərargahın verdiyi qərarlar karantin rejiminin qaydalarıdır. Bu qaydaları pozan hər bir şəxs qanunvericiliyə uyğun məsuliyyət daşıyır. Onlar bəlkə zarafatyana, gülmək, vaxt keçirmək, yaxud sistemi yoxlamaq üçün bu cür hərəkətlərə yol verə bilərlər. Ancaq anlamalıdırlar ki, bu karantin rejiminin pozulması deməkdir.

1 SMS-in cavablanma vaxtı 10 dəqiqə ərzində baş tutur. Biz əlbəttə, vətəndaşlarımızı da məlumatdırmışıq ki, göndərdiyiniz SMS-lər bir saat ərzində cavablandırılacaq. Əslində isə bu 5-10 dəqiqədən o tərəfə keçmir. Sadəcə olaraq şəbəkənin yüklənməsi, sorğuların daha çox olması səbəbindən cavab sms-in göndərilməsi uzana bilər. Ötən gün sistemin ən çox yüklənməsi halı günorta saat 1-də olub. Cavab bir neçə halda gecikə bilər. İstifadə olunan mobil telefon daha köhnədirsə, SMS-in çatdırılmasında fərq ola bilir. İkincisi, lüzumsuz SMS-lərin göndərilməsi şəbəkənin yüklənməsinə səbəb olur.

Sistem özü vətəndaşın SMS-ni emal edib ona cavab verir. Bəzən vətəndaş deyir ki, o evini tərk etmək üçün niyə icazə almalıdır?
Anlamaq lazımdır ki, icazə sisteminin yaradılması məqsədi insanları küçəyə buraxmağa icazə vermək deyil. Ümumiyyətlə virusun yayıldığı vaxtlardan ölkə rəhbərliyi çox ciddi tədbirlər həyata keçirib. İlk günlərdən Operativ Qərargah yaradıldı. Biz Qərargahın verdiyi qərarları izləsək görərik ki, orada maksimum insanlara yaşayış yerini tərk etməməklə bağlı tövsiyələr edilirdi. Yalnız tövsiyə edilirdi ki, insanlar özləri vəziyyətin ciddiliyini başa düşsünlər. Hər bir insan özü məsuliyyət daşıyıb izolyasiya tədbirlərini görməlidir. Amma bu qərar hər birimiz qarşısında tapşırıq qoyur ki, yaşayış yerini zəruri hallar olmadan tərk etmək olmaz. Qərarda qeyd olunan zəruri hallar üçün bu sms sistemi yaradılıb. Kütlə axının idarə edilməsi, insanların əsassız yerə bir yerə toplaşmasını müəyyən etmək üçün bu sistem yaradılıb".

Ü. Mehdiyev sistemin yaradılmasından da danışıb. O qeyd edib ki, bu sistem 3 gün ərzində Azərbaycanın yerli İT mütəxəssisləri tərəfindən yaradılıb: "Mən qürurla deyirəm ki, bunu heç bir beynəlxalq İT şirkəti öz üzərinə götürməzdi. Sistem uğurla, dayanıqsız və təhlükəsiz halda çalışır. Bununla bağlı qərar veriləndə Elektron Hökumətin İnkişafı Mərkəzində 24 saat işləməklə bu sistem qurulub. Sistem iki hissədən ibarətdir. Biri vətəndaşların sms-lə icazə almaq sistemidir. Bundan əlavə, dövlət qurumlarının, özəl təşkilatların öz əməkdaşları üçün aldığı icazə sistemi var".
Afisa
Pişik balası bilib aldılar, puma çıxdı

Pişik balası bilib aldılar, puma...

Afisa
Komitə "Space"i məhkəməyə verdi

Komitə "Space"i məhkəməyə verdi...

Afisa
İnternetə məhdudiyyətin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

İnternetə məhdudiyyətin ləğvi ilə...

Afisa
Kərə yağı BAHALAŞDI

Kərə yağı BAHALAŞDI...

Afisa
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq...

Afisa
Uşaq bağçalarına işə qəbul bu gündən dayandırılır

Uşaq bağçalarına işə qəbul bu...

Комментарии (0)