11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Vüqar Biləcərinin dəfninə gedən 20 nəfər cərimələndi - Fotolar

Vüqar Biləcərinin dəfninə gedən 20 nəfər cərimələndi - Fotolar
Vüqar Biləcərinin dəfninə gedən 20 nəfər cərimələndi - Fotolar


Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 42 nəfər rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunmuşlar.

Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş.Pircanov və daha 20 nəfər saxlanılaraq rayon Polis İdarəsinə gətirilmişlər. Onlar barəsində inzibati xəta haqında protokollar tərtib edilmiş, Ş.Pircanov 400 manat, digərləri isə 200 manat məbləğində cərimə edilib.

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Afisa
Riki Martin Bakıda: İlk konserti ilə çıxış edəcək

Riki Martin Bakıda: İlk konserti...

Afisa
"AccessBank"ın fırıldaqçılığı: vətəndaşlar xəbərləri olmadan 70 min dollarlıq kreditə zamin göstəriliblər

"AccessBank"ın fırıldaqçılığı:...

Afisa
Əhaliyə XƏBƏRDARLIQ- Bu mesajlara İNANMAYIN

Əhaliyə XƏBƏRDARLIQ- Bu mesajlara...

Afisa
AQTA "quş qripi" ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb

AQTA "quş qripi" ilə bağlı...

Afisa
Oxu.Az 11 yaşında!

Oxu.Az 11 yaşında!...

Afisa
Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Gənc Tamaşaçılar Teatrının noyabr...

Комментарии (0)