11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Ermənistanın hərbi əməliyyatlarda yeniyetmələrdən istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi

Ermənistanın hərbi əməliyyatlarda yeniyetmələrdən istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
Ermənistanın hərbi əməliyyatlarda yeniyetmələrdən istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi


Azərbaycan QHT-ləri Ermənistan tərəfindən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə edilməsinə dair UNİCEF-in İcraçı Direktoru Henriyetta Fora, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri Robert Guda, Beynəlxalq Uşaq Hüquqları Bürosunun prezidenti Teofan Nikyemaya, SOS Beynəlxalq Uşaq Kəndlərinin prezidenti Siddharta Kaul, Uşaq Müdafiə Fondunun icraçı direktoru Bharti Vahi və Uşaqlar üçün Qlobal Fondunun prezidenti Con Heklingerə müraciət ünvanlayıb.

MAY.AZ xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Xanımlar və Cənablar,

Biz, Azərbaycanda uşaq hüquqlarını müdafiə edən QHT-lər olaraq böyük narahatlıq hissi ilə Sizə müraciət edirik.

Məlumat üçün bildiririk ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatmış və hərbi əməliyyatlar yenidən bərpa edilmişdir. Keçən müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülmüş, 300-dən çoxu yaralanmışdır. Təəssüf ki, Ermənistan hələ də hərbi cinayət törətməkdə davam edir.

Bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sizə təqdim olunan bu link vasitəsilə hərbi əməliyyatlara cəlb olunan uşağın videosunu izləyə bilərsiniz (https://youtu.be/e12mWOJPySM).

Qeyd etmək istəyirik ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.

Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır.

Ona görə də, biz uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər sizə müraciət edir, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməyə və uşaqları hərbi əməliyyatlara cəlb etməkdən çəkindirməyə çağırırıq".
Afisa
Pişik balası bilib aldılar, puma çıxdı

Pişik balası bilib aldılar, puma...

Afisa
Komitə "Space"i məhkəməyə verdi

Komitə "Space"i məhkəməyə verdi...

Afisa
İnternetə məhdudiyyətin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

İnternetə məhdudiyyətin ləğvi ilə...

Afisa
Kərə yağı BAHALAŞDI

Kərə yağı BAHALAŞDI...

Afisa
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq...

Afisa
Uşaq bağçalarına işə qəbul bu gündən dayandırılır

Uşaq bağçalarına işə qəbul bu...

Комментарии (0)