11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Mətbuat Şurası çağırış etdi Mətbuat Şurası çağırış etdi

Mətbuat Şurası çağırış etdi Mətbuat Şurası çağırış etdi
Müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Azərbaycan Mətbuat Şurasına məxsus olduğu iddia edilən, üzərində "PRESS" yazılmış və Şurasının loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiyinə dair fikirlər və görüntülər paylaşılıb.


BiG.AZ xəbər verir ki, bu barədə Mətbuat Şurasının məlumatında qeyd olunub.


Bununla əlaqədar bildiririk ki, Mətbuat Şurası həmin gödəkçələrin verilməsini dayandırıb. Gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət əsasında redaksiyalara verilirdi. Lakin Şura belə sadə prosedurun media fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə edə bilməsinə yol açdığını müəyyənləşdirdi. Buna görə gödəkçələrin verilməsi dayandırıldı.


Mətbuat Şurası həmçinin "PRESS" gödəkçələrin bənzərlərinin ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada hazırlandığını da müəyyənləşdirib. Hazırda yayılmış görüntülərdə bu tip şəxslər əks olunub. Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz. Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz hallar "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır. Mətbuat Şurası hər kəsi bunu nəzərə almağa çağırır.


"PRESS" gödəkçələrin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır.
Afisa
Ötən il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlandı - STATİSTİKA

Ötən il Azərbaycanda qidadan...

Afisa
Pişik balası bilib aldılar, puma çıxdı

Pişik balası bilib aldılar, puma...

Afisa
Yaşlı qadın evinin hamamında 8 gün yeməksiz qaldı

Yaşlı qadın evinin hamamında 8 gün...

Afisa
Müdafiə Nazirliyinə yeni səlahiyyət verildi

Müdafiə Nazirliyinə yeni səlahiyyət...

Afisa
Paytaxtın bu ərazilərində qaz olmayacaq

Paytaxtın bu ərazilərində qaz...

Afisa
Amin Musayevlə bağlı YENİ MƏLUMAT YAYILDI

Amin Musayevlə bağlı YENİ MƏLUMAT...

Комментарии (0)