11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakının bağlanan məşhur bazarı açılır

Bakının bağlanan məşhur bazarı açılır

Ləğvetmə prosesində olan "Montin Bazar" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

BiG.AZ İqtisadiyyat.az-a istinadən xəbər verir ki, yığıncaq sentyabrın 14-nə təyin olunub.

Qeyd edilib ki, yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Çünki səhmdarlar ASC-nin ləğv olunmaması məsələsini müzakirə edəcəklər.

Məlumat üçün bildirək ki, bazarın sahibləri ötən il iyunun 29-da keçirilən yığıncaqda cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və bu komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında məsələləri müzakirə etmişdilər. İyulun 9-da isə ASC ləğv olunduğunu açıqlamışdı.

Amma cari il sentyabrın 14-nə təyin olunan yığıncaqda ötən il iyunun 29-da keçirilən yığıncaqda verilmiş qərarların və onun nəticələrinin ləğv edilməsi məsələsi müzakirə olunacaq.

Eləcə də cəmiyyətin müşahidə şurası, icra orqanı yenidən formalaşdırılacaq və təftiş müfəttişi seçiləcək.

Bundan əlavə, toplantıda ötən ilin illik maliyyə balansı təsdiq ediləcək.

Qeyd edək ki, "Montin Bazar" ASC 8 oktyabr 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 194 min 682 manat olan ASC-nin qanuni təmsilçisi Emiliya Əlisa qızı Quliyevadır.


Afisa
Riki Martin Bakıda: İlk konserti ilə çıxış edəcək

Riki Martin Bakıda: İlk konserti...

Afisa
"AccessBank"ın fırıldaqçılığı: vətəndaşlar xəbərləri olmadan 70 min dollarlıq kreditə zamin göstəriliblər

"AccessBank"ın fırıldaqçılığı:...

Afisa
Əhaliyə XƏBƏRDARLIQ- Bu mesajlara İNANMAYIN

Əhaliyə XƏBƏRDARLIQ- Bu mesajlara...

Afisa
AQTA "quş qripi" ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb

AQTA "quş qripi" ilə bağlı...

Afisa
Oxu.Az 11 yaşında!

Oxu.Az 11 yaşında!...

Afisa
Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Gənc Tamaşaçılar Teatrının noyabr...

Комментарии (0)