09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Aksiyalar xaosa, cəmiyyətin parçalanmasına xidmət edəndə... - ŞƏRH

Aksiyalar xaosa, cəmiyyətin parçalanmasına xidmət edəndə... - ŞƏRH
Aksiyalar xaosa, cəmiyyətin parçalanmasına xidmət edəndə... - ŞƏRH


Azərbaycan müstəqilliyini bərpa etdiyi müddət bir çox arzuedilməz və gözlənilməyən hadisələrlə üzləşib. Ötən illərdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyalarının, Özbəkistandan axısqa türklərinin, Qarabağdan qaçqın köçü, metroda törədilən terrorun, dövlət xadimlərinin terrorunun, hərbi zabitin qətlinin və s. şahidi olub. Həmin hadisələr Azərbaycanda xaosun, qarışıqlığın yaradılmasına hesablanmış cinayət əməlləri idi. Birmənalı şəkildə bu hadisələrdə xarici qüvvələr birbaşa, yaxud dolayı yolla iştirak ediblər.

İndi Azərbaycanda sabitlikdir. Dövlət müstəqilliyi möhkəmlənir. Demokratiya yolunda addımlar atılır. Yuxarıda sadaladığımız hadisələrin baş verdiyi tarixi şərait və zaman fərqli olsa da, düşmənin hədəfi Azərbaycan və onun vətəndaşları olub. Başqa sözlə, düşmən ölkədə xaos və qarışıqlıq yaratmaq üçün fürsət gözləyir. Bu aksiyaların nəyə başa gəldiyini Suriya, Yəmən, Misir, Liviya və başqalarının timsalında daha aydın görmək mümkündür. Sonrakı proseslərdə məlum olur ki, baş verən qarışıqlığın yaradılmasında əsas rolu xarici qüvvələr oynayıb. Onlara bu niyyətini həyata keçirmək üçün daxildəkilər də az iş görmür.

Aksiyalar xaosa, cəmiyyətin parçalanmasına xidmət edəndə... - ŞƏRH


Böyük güclər müxtəlif ölkələrdə pozuculuq işlərinin görülməsi və ya orada güclənmələri üçün layihələr həyata keçirir. Son illərin ən məşhur belə layihələrindən biri terrorçu İŞİD qruplaşmasıdır. Aparıcı dövlətlər bu qruplaşmanın Suriyada məhv edildiyinə dair bəyanatlar verir. O zaman sual olunur: İŞİD hara getdi? Əl-Bağdadi hanı? Əl-Qaidənin lideri Üsamə bin-Laden kimi onu da öldürdülər. Onun iki həyat yoldaşı və 3 uşağı ilə birikdə özünü partlatdığı bildirilir. Hacı Abdullah əl-Afari ləqəbli Abdullah Qardaş İŞİD terror qruplaşmasının yeni rəhbəri elan olunub. Əl-Bağdadinin yerini amerikalılara öz silahdaşının dediyi bildirilir. Başqa sözlə, öz silahdaşı onu amerikalılar pul mükafatı qarşılığında “satıb”. Bunu deməkdə məqsədimiz heç də dinc aksiya iştirakçılarının hansısa mənşəyi bilinməyən terrorçularla bir tutmaq deyil. Əsla yox. Sadəcə, öz dövlətinə, millətinə xəyanət edənlərin fəaliyyəti (silahlı və ya silahsız) aqibəti bir-birinə oxşayır.


Aksiyalar xaosa, cəmiyyətin parçalanmasına xidmət edəndə... - ŞƏRH


Düzdür, ölkələrin heç də hamısında belə qruplaşmalardan istifadə edilmir. Hər ölkənin vəziyyətinə görə, pozuculuq sala biləcək qüvvələri olur. Həmin qüvvələr rəsmi dairələrin hesabatlarında özünü göstərmir. Rəsmi qurumlar xaos yaradıldıqdan, yaxud bu istiqamətdə vəziyyətdən sonrakı nəticə ilə bağlı hesabat yayırlar. Məsələn, neçə nəfər yaralanıb, tutulub, həbs edilib və s. Təbii ki, bunun ardınca ölkəyə qarşı təzyiqlər başlayır.

Son zamanlar Azərbaycan da bu istiqamətdə bir sıra hadisələrin törədilməsinə cəhd edilir. Demokratiyanın verdiyi üstünlüklərdən cəmiyyətin inkişafına, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində istifadə olunması ən çox arzuediləndir. Bu baxımdan hakimiyyətə gəlməyin yeganə yolu demokratiyadan, seçkilərdən keçir. Ölkədəki siyasi təşkilatların bu prinsiplərlə fəaliyyət göstərdiyi istisna edilmir. Ona görə qeyd etmək istərdik ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Cəmiyyətin parçalanmasına və ya ölkədə xaosa hesablanan əməllər törətməkdənsə, hakimiyyətə gəlmək və yeniliklər istəyənlərin bu istiqamətdə fəaliyyəti daha faydalı olar.

Aksiyalar xaosa, cəmiyyətin parçalanmasına xidmət edəndə... - ŞƏRH


Demokratiyanın oturuşması inqilabla baş verə bilmir. Bunun inqilabla baş verməsi Suriya və Liviyadakı nəticəni verir. Bir zamanlar bolşeviklər dünyada demokratiyanın silah, inqilab yolu ilə qurmağa çalışdılar. Həmin dövlətlərdə qurulan sosialist rejimlərinin hamısının ipi Kremldə idi. SSRİ dağıldıqdan sonra həmin ip də boşaldı. Bu baxımdan demokratik idarəetmə təkamül, islahatlarla baş verir. Qisasçılıq, pozuculuq,vətəndaş qarşıdurması, cəmiyyətin parçalanması ilə nəticələnən istənilən hadisə demokratiyanın ziyanına olur. Bunu tarix sübut edib. Azərbaycan cəmiyyəti elmli, savadlı olduğundan cəmiyyətdəki siyasi və ictimai qüvvələr daha çox təkamülə dəstək verərsə, bunun nəticəsi daha uğurlu olar.
Afisa
Azərbaycan pərakəndə bazarına yeni nəfəs gəlir

Azərbaycan pərakəndə bazarına yeni...

Afisa
Səfirliyin Təhlükəsizlik Xidmətinin rəisi Tahir Kərimliyə rəqib oldu

Səfirliyin Təhlükəsizlik Xidmətinin...

Afisa
"Squid Game 2" filmi çıxacaq- VİDEO

"Squid Game 2" filmi çıxacaq- VİDEO...

Afisa
Bakıda ticarət mərkəzində başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub - FOTO - VİDEO

Bakıda ticarət mərkəzində başlayan...

Afisa
MEDİA jurnalistlər üçün müsabiqə elan edib

MEDİA jurnalistlər üçün müsabiqə...

Afisa
Elektron uşaq beşikləri 73 körpənin ölümünə səbəb olub– Körpələr boğulub ölür

Elektron uşaq beşikləri 73 körpənin...

Комментарии (0)