09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi

Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi
Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi



Şərti adı “B3” olan stansiyanın tikintisi, demək olar ki, başa çatdırılır.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliten”i QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda həmin stansiyada son tamamlanma işləri gedir:

“Stansiyanın açılışı üzrlü səbəblərdən gələn il üçün nəzərdə tutulub”.

Ə.Osmanovun sözlərinə görə, metronun “Bənövşəyi” xətti 12 stansiya və bir depodan ibarətdir:

“Bu xəttin üç stansiyasının tikintisi, demək olar ki, yekunlaşdırılıb və hazırdır. Şərti adı “B4” olan dördüncü stansiyasının tikintisi, eləcə də, Xocahəsən deposunun tikintisi davam etdirilir. Sxemə uyğun olaraq “Bənövşəyi” xətti sistem üzrə Qaraçuxur qəsəbəsinə qədər çatdırmağı planlaşdırırıq”.

Qeyd edək ki, şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.
Afisa
Azərbaycan pərakəndə bazarına yeni nəfəs gəlir

Azərbaycan pərakəndə bazarına yeni...

Afisa
Səfirliyin Təhlükəsizlik Xidmətinin rəisi Tahir Kərimliyə rəqib oldu

Səfirliyin Təhlükəsizlik Xidmətinin...

Afisa
"Squid Game 2" filmi çıxacaq- VİDEO

"Squid Game 2" filmi çıxacaq- VİDEO...

Afisa
Bakıda ticarət mərkəzində başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub - FOTO - VİDEO

Bakıda ticarət mərkəzində başlayan...

Afisa
MEDİA jurnalistlər üçün müsabiqə elan edib

MEDİA jurnalistlər üçün müsabiqə...

Afisa
Elektron uşaq beşikləri 73 körpənin ölümünə səbəb olub– Körpələr boğulub ölür

Elektron uşaq beşikləri 73 körpənin...

Комментарии (0)