11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"EuroHome"dakı yanğın söndürüldü

"EuroHome"dakı yanğın söndürüldü
"EuroHome"dakı yanğın söndürüldü


Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən MAY.AZ-a bildirilib.

Verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd "BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.

Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb.

Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.
İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir.
Afisa
Amerikalı alimlərdən açıqlama: Oruc tutmaq ömrü uzadır

Amerikalı alimlərdən açıqlama: Oruc...

Afisa
Mustafa Sandal Bakıda konsert verəcək

Mustafa Sandal Bakıda konsert...

Afisa
"EuroHome"dakı yanğın zamanı oğurluq - 3 nəfər...

"EuroHome"dakı yanğın zamanı...

Afisa
"Kızılcık şerbeti" mövsüm finalı edəcək

"Kızılcık şerbeti" mövsüm finalı...

Afisa
Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Məcburi köçkünlər üçün tikilən...

Afisa / Texnologiya
“Motorola” ağıllı saata bənzəyən telefon prototipini təqdim etdi

“Motorola” ağıllı saata bənzəyən...

Комментарии (0)