11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Baş Prokurorluq Elvin İsayevlə bağlı məlumat yaydı

Baş Prokurorluq Elvin İsayevlə bağlı məlumat yaydı
Baş Prokurorluq Elvin İsayevlə bağlı məlumat yaydı


Baş Prokurorluq Ukraynada həbs olunaraq Azərbaycana deportasiya edilən Elvin İsayevlə bağlı məlumat yayıb.

BiG.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respubilkasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilərək xahişi əsasında Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasovanın iştirakı ilə ona ittiham elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayətin digər iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Elvin İsayevin saxlanma şəraiti və səhhəti normaldır.
Afisa
Amerikalı alimlərdən açıqlama: Oruc tutmaq ömrü uzadır

Amerikalı alimlərdən açıqlama: Oruc...

Afisa
Mustafa Sandal Bakıda konsert verəcək

Mustafa Sandal Bakıda konsert...

Afisa
"EuroHome"dakı yanğın zamanı oğurluq - 3 nəfər...

"EuroHome"dakı yanğın zamanı...

Afisa
"Kızılcık şerbeti" mövsüm finalı edəcək

"Kızılcık şerbeti" mövsüm finalı...

Afisa
Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Məcburi köçkünlər üçün tikilən...

Afisa / Texnologiya
“Motorola” ağıllı saata bənzəyən telefon prototipini təqdim etdi

“Motorola” ağıllı saata bənzəyən...

Комментарии (0)