DataLife Engine / Sabah iki rayon susuz qalacaq

Sabah iki rayon susuz qalacaq

Sabah Bakının Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb. Qeyd edilib ki, iyulun 18-də gecə saatlarından başlayaraq gün ərzində sözügedən ərazilərdə məhdudiyyətlər olacaq.

Qeyd edilib ki, suyun verilməsindəki məhdudiyyət yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədardır.


19-06-2024, 10:24
Вернуться назад