DataLife Engine / Moda nədir? Necə yaranmışdır? – Moda haqqında bilinməyənlər

Moda nədir? Necə yaranmışdır? – Moda haqqında bilinməyənlər

Moda həyatın özüdür. Evinizdəki xalılardan, eynəklərinizə, elektronikadan, getdiyiniz filmə qədər – hər şey mövcud ya da keçmiş bir modanın təzahürüdür. Ümumi olaraq, “istehlak” anlayışı da deyə bilərik. Yəni, nəyi necə istifadə etməli olduğumuzu təyin edən yazılmamış qanunlardır. Lakin hər kəs öz qanununu özü yazır. Hər kəsin stili özünün modasıdır.

Moda nədir?

Bu anlayış müxtəlif zamanlarda müxtəlif cəmiyyətlərdə meydana gələn geyim stillərini özündə ehtiva edir. Ümumi anlayışlar: incəsənət, memarlıq, ədəbiyyat və yemək kimi bir neçə mövzudan ibarət ola bilir. Bir müddət əksər insanlar tərəfindən bəyənilən bir şey də bu cür adlandırıla bilər. Moda sadəcə geyim deyil. Makiyajın da modası var, çantaların da.. Musiqi, ədəbiyyat, kino, teatr, alış-veriş kimi bu cür fəaliyyət növləri də bu anlayışa daxildir. Məqsədi, paltar və ya aksessuarların lazımlı olması deyil, fərqli olmasıdır. Bu anlayış qadın və kişilər üçün fərqli olsa da “unisex” adlandırılan, həm kişi, həm də qadına xitab edə bilər. Libaslar sizi soyuqdan qoruyur, bədənlərinizin kamuflajıdır, başqa insanlardan fərqlənmənizi təmin edər. Həmçinin onlar sizin duyğularınızı, xarakterinizi və zövqünüzü də özündə əks etdirir. Bu da ümumi anlayış olaraq “moda” adlandırılır.

Nədən təsirlənir?

Bu anlayış fəsillərə görə qruplaşdırılır. Bu fəsil hansı rəng modadırsa, parçalarda da o rəng trend olur. Yəni tekstil firmaları o rəngə yönəlir. Mebellər o rəngdə olur, ayaqqabılar o rənglə kombinasiyalaşa biləcək stildə istehsal olunur.

İndi isə Moda haqqında bəzi məlumatları sizlə paylaşaq:

26-02-2024, 20:29
Вернуться назад